Rusiyada erməni vitse-qubernator həbs edildi - 20 milyon təzminat ödəyəcək

18:09 19.05.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kuybışev rayon məhkəməsi Sankt-Peterburqun keçmiş vitse-qubernatoru Marat Ohanesyan barəsində 5,5 il müddətinə həbs qərarı verib.

Hafta.az xəbər verir ki, erməni vitse-qubrnator stadionun inşası zamanı rüşvət alması səbəbindən məhkəmə zalındaca qandallanıb. Həmçinin məhkəmənin qərarı ilə 20 milyon rubl təzminat da öləyəcək.

Qeyd edək ki, sözügedən stadion Krestovsk adasındakı "Qazprom Arena"dır. Burada 2018-ci ildə futbol üzrə dünya çempionatının oyunları keçirilib.